Haqqımızda

Biz kimik?

“Elektron” MMC olaraq Ağıllı Bina və Ev avtomatlaşdırılması istehsalı və quraşdırılması istiqamətində fəaliyyət göstəririk. Şirkətimiz hal hazırda 25 adda məhsul istehsal etməkdədir. Məhsullarımız 2017-ci ildən “ELSMART” ticarət markası adı altında Azərbaycanın ilk və tək Ağıllı ev və Bina idarəedilməsi sistemləri olaraq istehsal etməkdədir.

Niyə bizi seçməli?

İstehsal etdiyimiz məhsulların elektron dövrələrinin (PCB) dizaynı şirkətimiz tərəfindən tələbə uyğun hazırlanır. Qurğuların beyinləri sayılan mikroçiplərin proqrmlaşdırılmasından mobil (IOS və Android) proqramlarına qədər bütün proqram yazılımlar bizim şirkətin mühəndisləri tərəfindən yazılır. Məhsullarımız 100% yerli mütəxəssislərin sayəsində hazırlanır.

Hədəfimiz

Müştəri məmnuniyyətini prioritet hesab edərək keyfiyyətli xidmət təklif etməkdəyik. Əldə etdiyimiz məlumat və təcrübəni müştəriyə çəkinmədən təqdim etmək, xidmət ünsürü nə olursa olsun müştəri ilə başdan sona qədər keyfiyyət və qiymət mövzusunda dialoq içində olmaq, müştərinin fikirlərini diqqətə alaraq doğru həll yolları təklif etmək əsas hədəfimizdir.

Ağıllı Ev Sistemi

Ağıllı Ev rahatlıq, qənaət, maksimum təhlükəsizlik, mərkəzdən və uzaqdan hər şeyi nəzarət edərək izləyə bilməkdir

Qaraj Qapıları

Qaraj qapılar digərlərindən bir çox üstünlükləri ilə fərqlənir ki, bunlardan da ən başlıcası uzağdan idarəetmə vasitəsi ilə işləməsidir. Artıq siz düyməni sıxmaqla qapıların açılmasını və bağlanmasını təşkil edə bilərsiniz. Bu isə sizə pis hava şəraitində nəqliyyat vasitəsini tərk etmədən qaraja daxil olmanızı təmin edəcək.

Jalüz Sistemi

Avtomatik jalüz sistemlərini siz həm də qaraj və darvazalarda da quraşdıra bilərsiniz. Bu sistemin üstünlüyü onun hərəkət sürətinin daha çox olmasıdır. Jalüz sistemində yüngül materialların istifadəsi buna şərait yaradır.Jalüz sistemlərinin mexaniki hissələri aliminium qutunun içərisinə yerləşdirilir. Pərdə hərəkət edərkən bu qutunun içərisini doğru yığılır.

Bina Avtomatikası

Bina Avtimatikasında binada yaşayan sakinlərin giriş-çıxışına nəzarət, binanın komunal xərclərinə nəzarət, parking sisteminə nəzarət həyata keçirilir.

Şlaqbaum Sistemi

Şlaqbaumlar şəxsi, ictimai və istehsalat ərazilərinə daxil olma prosesinə nəzarət edilməsi və onun idarə olunması üçün effektiv vasitədir.

Biometrik Sistem

Biometrik sistemlər-istifadəçinin barmaq izi və göz qişası paremetirləri ilə işləyən keçid nəzarət sistemləridir. Digər tanıma sistemlərinə nəzərən daha çox etibarlıdır

IP Domofon Sistemi

Əsasən mənzillərdə, yaşayış binalarında tətbiq olunan IP Domofon sistemləri təhlükəsizliyi və rahatlığı təmin etmək üçün tətbiq olunur..

Texniki Servis

Texniki Servis xidmətimiz 7/24 yaranan problemləri tez bir zamanda aradan qaldırmaq imkanına malikdir.

Proqram Həlləri

Qurğuların beyinləri sayılan hissə olan mikroçiplərin proqrmlaşdırılmasından mobil (IOS və Android) proqramlarına qədər bütün proqram yazılımlar bizim şirkətin mühəndisləri tərəfindən yazılır.

Ağıllı Otel

Ağıllı oteldə proqram vasitəsilə otaq bron edə, xidmət sahəsinin işçilərini çağıra və kondisionerin rejimlərini tənzimləyə bilər.

Yanğın Sistemi

Bu sistem hər cür quruluş, bina, obyekt və müəssisələrdə çıxan yanğınları daha başlanğıc mərhələsində müəyyən etmək, sakinləri bu vəziyyətdən xəbərdar etmək, lazımi təhlükəsizlik orqanlarına və yanğınsöndürməyə xəbər vermək məqsədilə yaradılan həm can, həm də mal qorumağa yönəlmiş sistemlərdir.

Sənaye Avtomatikası

Sanaye avtomatikası bütün sahələrə nəzarət edən ve izləyən mərkəzi sistəmləri ifadə edir. Audit nəzarəti və məlumatların toplanması (SCADA) infrastruktur işlərinə (su təmizlənməsi, qaz boru kəmərləri, və s.), təchizat əsaslı proseslərə (hava limanları, kosmik stansiyalar və s.) nəzarət etmək üçün istifadə olunan ICS (sənaye) idarəetmə sistemləridir.

Parking Sistemi

Parkinq sistemi nəqliyyat axınını rasional şəkildə təşkil etməyə, nəqliyyat uçotunu yüngülləşdirməyə və maddi itkiləri minimuma endirməyə imkan verir.

Girişə Nəzarət

Bu sistem obyektin bütün ərazisinə və ya ayrıca məkana girişi məhdudlaşdırmağa, eləcə də əməkdaşların iş vaxtının uçotunu aparmağa imkan yaradan proqram-aparat təminatıdır.

Turniket Sistemi

Turniket sistemləri hansısa bir binaya və ya sahəyə giriş-çıxışlara nəzarət etmək və məhdudlaşdırmaq üçün istifadə olunur.

Sxem Lövhələri

Üzərində dövrə (sxem) əmələ gətirən elektrik komponentlərinin montaj edildiyi və bir-biri ilə əlaqələndirildiyi, izolyasiya materialından hazırlanmış lövhə.

İşçilərə Nəzarət

İşçilərə nəzarət sistemi, işçilərin giriş-çıxışına və ofis daxili yerdəyişməsinə nəzarət etmək üçün istifadə olunur.

Mini ATS Sistemi

Mini ATS ona qoşulu olan abonentlərə şəhər nömrələri əvəzinə daxili nömrə paylayan telefon sistemidir.Daxili nömrələr adətən 3 və ya 4 rəqəmdən ibarət olur.Mini ATS-lərin 2 növü var: Analoq və IP Mini ATSlər.